Şrift:
Karantin qaydalarını pozduğu üçün La Liqa Luka Yovoviçi cəzalandıra bilər
09.06.2020 [14:47] - Gündəm, İdman
“Real Madrid” klubunun serbiyalı futbolçusu Luka Yovoviç növbəti dəfə karantin qaydalarına əməl etməyib.

Xarici KİV-lər xəbər verir ki, serbiyalı hücumçu ayağındakı zədəsini sağaltdıqdan sonra dostlarını qonaq çağırıb. Futbolçu, eyni zamanda, bununla bağlı video və fotoşəkilləri sosial şəbəkələrdə yerləşdirib. Karantin qaydalarını əvvəl də pozan L.Yovoviç cəzalandırıla və Serbiyada üç il müddətinə həbs oluna bilər.

Əvvəllər “Sevilya”nın dörd oyunçusu da karantin qaydalarını pozduqları üçün üzr istəməli olmuşdular.

Qeyd edək ki, La Liqa klublar, işçilər və oyunçuların təsdiq edilmiş təhlükəsizlik protokollarına ciddi şəkildə əməl etmələri şərti ilə gələn həftə çempionatı bərpa etmək üçün İspaniya hökumətindən razılıq alıb.
Bu xəbər oxucular tərəfindən 644 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed