Şrift:
Pekin öz vətəndaşlarını Avstraliyada təhsil almaq riskləri barədə xəbərdar edib
10.06.2020 [09:29] - Gündəm, Sosial, Gənclik
Çinin Təhsil Nazirliyi Avstraliyada universitetlərin iyul ayında açılması planı ilə əlaqədar öz vətəndaşlarına bu ölkəyə səyahət riskləri barədə xəbərdarlıq edib.

Nazirliyin xəbərdarlığında COVID-19 pandemiyasının hələ kifayət qədər səmərəli formada nəzarət altına alınmadığı, beynəlxalq səyahətlərdə və universitet kampuslarının açılmasında risklər olduğu bildirilib. COVID-19 böhranı dövründə Avstraliyada Asiya mənşəli insanlara qarşı bir neçə irqi ayrı-seçkilik insidentinin yaşandığını xatırladan Təhsil Nazirliyi Çin vətəndaşlarına təhlükəsizlik risklərini qiymətləndirməyi tövsiyə edib.

Xatırladaq ki, bir neçə gün əvvəl Çinin Mədəniyyət və Turizm Nazirliyi Avstraliyadakı irqi ayrı-seçkilik və zorakılıq hallarının təhlükəsizlik üçün yaratdığı riskləri əsas götürərək, vətəndaşlara bu ölkəyə turist səyahətlərindən çəkinməyi məsləhət görüb.
Bu xəbər oxucular tərəfindən 700 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed