10.06.2020 [09:58] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Tehran Universitetinin Geofizika İnstitutunun yaydığı xəbərə əsasən, zəlzələ iyunun 9-u, yerli vaxtla axşam saat 21:48 radələrində Fars əyalətinin Bayram şəhərinin yaxınlığında yerin 10 kilometr dərinliyində qeydə alınıb.
Yayılan məlumata əsasən, zəlzələ Bayram şəhərinin ətraf bölgə və kəndlərində hiss edilib. Bildirilir ki, təbii fəlakət, bir çox kənd və qəsəbə evlərinin divarlarında çatlar əmələ gəlməsinə, elektrik xətlərinin sıradan çıxmasına və cüzi dağıntılara səbəb olub.
Zələlə bölgəsinə xilasedicilərin cəlb edildiyi bildirilir.
Baş verən zəlzələnin sonrakı fəsadları və onun insan tələfatına səbəb olub-olmaması barədə hələlik hər hansı bir məlumat yayılmayıb.

Bu xəbər oxucular tərəfindən 390 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |