10.06.2020 [13:13] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
İkinci yazı
Milli Şura rəhbərliyi erməni əsgərinin çəkməsinə “tryapka “ olmağa razı olub...
Azərbaycan dövlətini yıpratmaq məqsədilə cəmiyyəti bölmək üçün ən müxtəlif vasitələrdən istifadə edən Azərbaycanafobiya qüvvələri cəmiyyətin içərisindən çeşidli yollarla özününküləşdirdiyi qüvvələri məharətlə istifadə edir .
Düşmən qarşısında ən güclü sipər milli birlikdir.Buna nail olmaq üçün siyasi palitradakı qüvvələrin dialoqu xüsusi önəmlidir.Düşmən bu dialoqun olmasını istəmir.Ölkədə dialoqa qarşı olanlarsa sahiblərinin iradəsinə uygun olaraq masadan qaçır və fərqli masada gizli danışıqlar aparırlar.Əlbəttə bu danışıqlar ölkəmizin xilası üçün deyil,ərazilərimizdə ikinci erməni dövləti qurmaq,dövlətçiliyimizi bitirmək üçündür.Mən düz 7 ildir ki,bu davranışın içərisində olan Milli Şuranın xəyanətlərini cəmiyyətə çatdırır, seçimində və davranışlarında ehtiyatlı olmağa çağırıram.İlk vaxtlardan barmaqla sayılan partiya və ictimai rəy liderləri səsimə səs verdilər.Narahatlıq üçün ciddi əsas olduğunu bildirir və fikirimi əsaslandırırdım. Milli Məclisdə bu məsələni qaldırmış və Respublika prokurorundan müvafiq ölçü götürülməsini də tələb etmişdim.Moskvada cərrahiyyə institunun akt zalında Milli Şuranın təsis yıgıncağında və digər toplantılarında iştirak edənlərdən və bu qurumun dövlət çevrilişi üçün hazırlandığıni bilən birisi Prokurorluqda izahat da verdi.Bu xəyanət layihə və icraçılar haqda 7 il əvvəl cəmiyyətə tərəfimizdən ətraflı məlumat verildi. Dediyim bu.İnanan da oldu,inanmayan da.
Bu yaxınlarda mətbuatda - Azloqos.eu-da hörmətli Rauf Arifoğlunun bir müsahibəsinə rast gəldim .Rauf bəy o dövrdə baş verənlərə çox gözəl aydınlıq gətirib.Prosesin içərisində olan və xəyanəti görüb oradan uzaqlaşan Rauf bəyin müsahibəsindən bəzi məqamları nəzərinizə çatdırıram:
“-Gözümün qabağında, mənim birbaşa informasiya almaq imkanlarımın məsafəsindəcə onların bir qismi vətəni satmağa bərabər hərəkət etmişdi. Söhbət Milli Şura layihəsindən gedir.
Azərbaycan tarixində ilk dəfə idi ki, siyasi müxalifətə xarici ölkə paytaxtında – konkret olaraq, Moskvada hazırlanan bir model təklif olunurdu. Mən bütün prosesin içində olmuşam – məsələni dəqiqliyi ilə bilirəm.”
“-Bu, xarici ölkə paytaxtında qurulub, Azərbaycana ixrac olunan bir layihə idi. Prezident seçkisi vəsiləsi ilə çevriliş edib, hakimiyyəti ələ alıb, iki illik keçici və koalisyon bir hökumət qurulacaqdı. Daha sonra isə plana görə, Azərbaycanın keçmiş 1-ci vitse-premyeri Abbas Abbasov prezident seçdiriləcəkdi. Bununla da Azərbaycanda tam Rusiya yönümlü oyuncaq bir hakimiyyət qurulacaqdı. Onun vasitəsi ilə də Dağlıq Qarabağda ikinci erməni dövlətinin reallaşması nəzərdə tutulurdu. Əlbəttə, Milli Şura layihəsinin mahiyyətindəki bu planı hamımız kimi, Əli Kərimli və başqa liderlər də bilir və etiraf edirdilər. “
Şərhə ehtiyac qaldımı?
“Dağlıq Qarabağda ikinci erməni dövlətinin reallaşması nəzərdə tutulurdu.” Təkcə buna görə tərəddüdsüz demək mümkündür ki,Milli Şura rəhbərliyi Azərbaycanda ikinci erməni dövləti qurmaq üçün işğalçı erməni əsgərinin çəkməsinə “tryapka “ olmağa razı olub...
Milli Dircəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev
Bu xəbər oxucular tərəfindən 545 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |