10.06.2020 [14:35] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Fəal iyunun 9-da Təbrizdə iki məhkəmə iclasında hazır olub. Yerli vaxt ilə saat 10:00-da İnqilab Məhkəməsinin birinci şöbəsində, saat 12:00-da isə Təbriz Cinayət Məhkəməsinin 112-ci şöbəsində mühakimə edilib. İnqilab məhkəməsinə sədrlik edən hakim Avropa Birliyinin 2013-cü ildə İrana qarşı tətbiq etdiyi sanksiya siyahısında yer alan Rəhim Həmlbərdir.
Məlumata görə, Bərzgəri hər iki məhkəmə iclasında vəkili Sina Yusifi (Azərbaycan Vəkillər Kollegiyasının İnsan Haqları Komissiyasının üzvü) müdafiə edib.
Bərzgər 2019-cu ilin noyabr ayında benzinin qəfil bahalaşmasına qarşı keçirilən kütləvi etirazlarda onlarla digər fəalla birlikdə Təbrizdə saxlanılmışdı.
Milli fəal təxminən 100 gün İranın təhlükəsizlik təşkilatına məxsus təcridxanada saxlandıqdan sonra fevralın 24-də 600 milyon tümən dəyərində mülki vəsiqə qarşılığında müvəqqəti olaraq azadlığa buraxılıb.
Qeyd edək ki, 2009-cu ildə Amsterdam şəhərində 12 maddəlik nizamnamənin qəbul edilməsi ilə fəaliyyətə başlayan GAMAC Təşkilatı nizamnaməsinin 8-ci bəndində təhlükəsizlik məsələləri ilə əlaqədar İran sərhədlərinin içində hər hansı üzv və ya nümayəndəsinin olmayacağını qeyd edib.
Mayın 14-də Təbriz İnqilab Məhkəməsinin birinci şöbəsi noyabr etirazlarında saxlanılan digər milli fəal Məhəmməd Mahmudiyə “qanunsuz Gamac təşkilatına üzv olmaq” ittihamından bəraət verib, lakin “İran İslam Respublikası əleyhinə təbliğat aparmaq” ittihamı ilə bağlı dörd ay həbs qərarı çıxarmıçdı.
Şahin Bərzgər bundan əvvəl də Azərbaycan türk millətinin demokratik və milli-hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, həbs edilib və rejim tərəfindən müxtəlif təzyiqlərə məruz qalıb.

Bu xəbər oxucular tərəfindən 424 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |