10.06.2020 [14:38] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu barədə, Ərdəl şəhərinin fərmandarı Mahmud Kiyani iyunun 10-da mediaya açıqlamasında məlumat yayıb.
Öz açıqlamasında insanları toy və yas mərasimlərini keçirməməyə çağıran Mahmud Kiyani deyib ki, bu kimi hallarda “Covid-19” infeksiyasına yoluxma halları müşahidə ediləcəyi təqdirdə, toy və yas mərasimlərinin sahibləri cinayət törətməkdə günahlandırılaraq məsuliyyətə cəlb ediləcəklər: “Son günlər həmin toy mərasiminə qatılan 118 nəfərdən xəstəliklə bağlı test nümunələri götürülüb və təəssüflər olsun ki, 40 nəfərin koronavirusa yoluxduğu aşkar edilib.
Hazırda isə, test analizləri müsbət çıxan həmin 40 nəfər ev şəraitində karantinə alınıb, onlara ilkin tibbi yardım göstərilib. İnsanlar bilməlidir ki, pandemiya yoluxucu xəstəliyi hələ aradan qaldırılmayıb.
Məhz buna görə də, bir daha bildiririk ki, əhali koronavirusun yayılmasının qarşısını almaq üçün toy, yas və ad günü mərasimləri keçirməkdən imtina etməli, insanların sıx toplaşdığı məkanlardan uzaq gəzməli, öz aralarında məsafə saxlamalı, gigiyena qaydalarına isə tam riayət etməlidirlər” -deyə, İranın Çaharmahal və Bəxtiyari əyalətinin Ərdəl şəhərinin fərmandarı Mahmud Kiyani əlavə edib.

Bu xəbər oxucular tərəfindən 409 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |