Şrift:
Hindistanda terrorda əli olan iranlı jurnalist zaminə buraxılır
20.10.2012 [15:20] - Güney Azərbaycan xəbərləri
Seyid Məhəmməd Kazminin bu ilin fevral ayında Dehlidə həyata keçirilən bomba hücumunda əli olduğu deyilir.

Hindistanın Ali Məhkəməsi bu ilin əvvəlində İsrail diplomatının olduğu maşına hücum edən jurnalistin zaminə buraxılması barədə qərar verib. Ali Məhkəmə eləcə də, jurnalist Seyid Məhəmməd Kazminin pasportunu məhkəməyə təhvil verməsini istəyib.

İranın xəbər agentliyində işləyən Kazmi bu ilin fevral ayında Dehlidə həyata keçirilən bomba hücumunda əli olduğu deyilərək, həbs edilmuişdi. Hindistanınm paytaxtında güclü mühafizə olunan ərazidə həyata keçirilən hücum zamanı İsrail diplomatının həyat yoldaşı, sürücüsü və maşında olan daha iki nəfər yaralanmışdı.

Kazminin vəkili onun beynəlxalq səviyyəli terrorçu olmadığını və günahsiz olduğunu deyib.

Dehlidə fevral ayının 13-də həyata keçirilən hücum Gürcüstanda İsrail diplomatına edilən bomba hücumu cəhdi ilə eyni günə təsadüf edir. O zaman bomba zərərsizləşdirilmişdi.

İsrail İranı Tayland, Azərbaycan və digər ölkələrdə də hücumlar həyata keçirməyi planlaşdırmaqda ittiham edir.
Bu xəbər oxucular tərəfindən 1495 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed