Şrift:
Pakistanda koronavirusdan sağalanların sayı 36 mini keçib
11.06.2020 [09:40] - Gündəm, Sağlıq
Pakistanda COVID-19-dan sağalanların sayı 36 308 nəfərdir.

Pakistan mətbuatı xəbər verir ki, son sutka ərzində 5385 adam bu virusa yoluxub. Bununla da ölkədə virusa yoluxanların sayı 113 702 nəfərə çatıb. Son 24 saatda 83 xəstə dünyasını dəyişib və ölənlərin sayı 2255 nəfərə olub.

Bildirilir ki, ölkə üzrə müxtəlif xəstəxanalarda 75 139 adam müalicə edilir, 111 xəstənin vəziyyəti ağır olaraq qalır.

Mətbuat yazır ki, Kəraçi şəhərinin xəstəxanalarında vurusa yeni yoluxanları yerləşdirmək üçün çarpayı çatışmır.
Bu xəbər oxucular tərəfindən 431 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed