Şrift:
Azərbaycan paytaxtında müxtəlif cinayətləri törətmiş 154 nəfərdən ibarət 71 qrup ifşa edilib
28.10.2011 [11:27] - Xəbərlər
Bu ilin ötən 9 ayı ərzində Bakıda 8469 cinayət hadisəsi qeydə alınıb.

Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, qeydə alınan cinayətlərin 7501-i az ağır və böyük ictimai təhlükə törətməyən cinayətlər, 968-i isə xüsusi ilə ağır cinayətlər olub. Paytaxt polisinin həyata keçirdiyi qabaqlayıcı tədbirlər nəticəsində əvvəlki illə müqayisədə ağır cinayətlər 170 fakt, şəxsiyyət əleyhinə olan cinayətlər 127 fakt, avtomobillərin oğurlanması 15 fakt azalıb. Qəsdən adamöldürmə cəhdlərinin hamısının açılması təmin edilib.

Cari ilin 9 ayı ərzində paytaxt polisi tərəfindən 61 quldurluq və soyğunçuluq cinayəti törətmiş 106 nəfərdən ibarət 50 cinayətkar qrup, eləcə də 33 mənzil oğurluğu cinayəti törədən 48 nəfərdən ibarət 21 qrup ifşa edilib.

Bu il axtarışda olan təqsirləndirilən şəxslərin tutulması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində 940 cinayətkardan 584-nün tutulması təmin edilib. 138 kq-a yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb və narkotiklərlə bağlı 947 cinayət faktı aşkar edilib.

Məlumatda həmçinin bildirilir ki, cari ilin 9 ayı ərzində paytaxtda ictimai asayişin mühafizəsi də ciddi nəzarətdə saxlanılıb. Belə ki, əməliyyat şəraiti nəzərə alınmaqla vahid dislokasiya əsasında qanunsuz keçirilməyə cəhd göstərilən aksiyaların qarşısı alınıb, şəhər miqyasında keçirilən çoxsaylı tədbir və mərasimlər zamanı nümunəvi ictimai asayiş təmin olunub.
Bu xəbər oxucular tərəfindən 1000 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed