Şrift:
Azərbaycanın dövlət müstəqilliyinin 21-ci ildönümü Vaşinqtonda qeyd edilib
22.10.2012 [10:42] - Gündəm, Diaspor
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin təşkilatçılığı ilə Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunması münasibətilə Vaşinqtonda təntənəli tədbir keçirilib.
Tədbirdə Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov, ARDNŞ-nin ABŞ-dakı nümayəndəliyinin rəhbəri Rauf Məmmədov, Milli Məclisin deputatı Asəf Hacıyev, Azərbaycan diasporunun ABŞ-dakı çoxsaylı nümayəndələri, diplomatlar, akademik dairələrin nümayəndələri və ABŞ vətəndaşları iştirak ediblər.

Tədbiri giriş sözü ilə ARDNŞ-nin Vaşinqton üzrə nümayəndəsi Rauf Məmmədov açaraq, iştirakçıları salamlayıb və bayram münasibətilə öz təbriklərini çatdırıb.

O, ARDNŞ-nin Vaşinqton nümayəndəliyinin bu yaxınlarda fəaliyyətə başladığını bildirib və nümayəndəlik tərəfindən belə tədbirlərin tez-tez təşkil olunacağını qeyd edib.

Daha sonra çıxış edən Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov bayram münasibətilə öz təbirklərini çatdırıb və tədbirin təşkilinə görə ARDNŞ-yə öz təşəkkürünü bildirib.

Səfir Azərbaycanın müstəqilliyini bərpa olunmasından keçən 21 il ərzində qazandığı ciddi nailiyyətlərdən bəhs edib, dövlət müstəqilliyinin əhəmiyyətini vurğulayıb.

Tədbirdə Azərbaycan mətbəxinin təamları dadılıb. Səsləndirilən Azərbaycan musiqisi tədbirə xüsusi rəng qatıb.
Bu xəbər oxucular tərəfindən 1229 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed