Şrift:
Güney Azərbaycanda daha iki milli fəal həbs edilib
11.06.2020 [11:07] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Vasiqi qardaşları iyunun 10-da axşam İran təhlükəsizlik qüvvələri tərəfindən öz iş yerində yaxalanıblar.





Şahidlərin dediyinə görə, milli fəallar saxlanılmaları barədə çıxarılan hökmün göstərilməsini tələb edib, lakin təhlükəsizlik qüvvələri bundan imtina ediblər. Bundan sonra Əli və Rza Vasiqi məmurlara qarşı müqavimət göstərib.





Şahidlərin verdiyi məlumata əsasən, təhlükəsizlik qüvvələri Vasiqi qardaşlarına qarşı güc tətbiq edərək milli fəalları möhkəm döyüb. İran Təhlükəsizlik məmurlarının rəftarı əhalinin etirazına səbəb olub.





Milli fəalların hansı səbəbdən tutulduğu və harada saxlanıldığı barədə hələlik heç bir məlumat yoxdur.
Bu xəbər oxucular tərəfindən 391 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed