Şrift:
Təbriz və Tehranda etiraz aksiyası: pul ödənilib, avtomobil təhvil verilmir
11.06.2020 [14:02] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Məlumata görə, Azvico şirkəti 5 min müştəriyə qarşı öhdəliklərini yerinə yetirməyib. Ödənişi tam olunan avtomobillər iki il əvvəl təhvil verilməli idi.





İyunun 10-da Şərqi Azərbaycan Valiliyinin binası qarşısında etiraz yığıncağı keçirən müştərilər Azvico şirkətinin ödənişi tamamilə aldığına baxmayaraq onlara “MC 360” markalı avtomobilin təhvil verməsi ilə bağlı öhdəliyini yerinə yetirmədiyini bildiriblər.





Etirazçılar təhvil tarixindən iki il keçməsinə baxmayaraq istər Azvico şirkətinin, istər müraciət etdikləri digər qurumların məsələyə cavabdehlikdən boyun qaçırdığını bildirərək Şərqi Azərbaycan valisindən mövzu ilə bağlı tədbir görməsini tələb ediblər.


Bir neçə vaxt əvvəl Azvico şirkətinin adı korrupsiyada hallanmışdı. Belə ki, bu şirkət hökumətdən ucuz məzənnə ilə 200 milyon dolar vəsait alıb qaytarmamaqda, eləcə də 5 min müştəriyə satdığı avtomobili təhvil verməməklə dələduzluqda ittiham olunur.





Azvico şirkətinin xarici tərəfdaşı Çinin ən böyük avtomobil istehsalçısı olan “SAIC Motor”dur. Bu şirkət İran hökuməti ilə əməkdaşlıq edərək bu ölkədə avtomobil istehsal edən dörd çinli firmadan biri sayılır.





İranın Sənaye, Mədən və Ticarət Nazirliyi tərəfindən yayımlanan rəsmi statistika göstərir ki, Azvico şirkətinin istehsalı 2018-ci ilin oktyabr ayından etibarən sıfırdır.





Firmanın bəzi müştərilərinin dediyinə görə, Azvico yalnız 1000 avtomobil satmaq üçün lisenziya aldığı halda 6000 avtomobil üçün sifariş qəbul edib.
Bu xəbər oxucular tərəfindən 385 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed