Şrift:
İranda kürd siyasi məhbus gizlicə edam edilib
11.06.2020 [14:04] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İrandakı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, kürd siyasi məhbusun valideynləri iyunun 10-da Urmiya Ədliyyə Təşkilatının hökmlərin icrası ilə bağlı şöbəyə müraciət etsələr də, onlara övladlarının 20 gün əvvəl edam edildiyi bildirilib.



Siyasi məhbusun valideynlərinin və vəkilinin xəbəri olmadan 20 gün əvvəl gizli şəkildə edam olunmasına baxmayaraq, onun meyiti ailəsinə təhvil verilmədən naməlum bir yerdə basdırılıb, harada dəfn edilməsi barədə valideynlərinə hər hansı bir məlumat da verilməyib.



Yayılan məlumata əsasən, Hidayət Abdullapur 2016-cı ilin iyun ayında Qərbi Azərbaycan əyalətinin Üşnəviyyə şəhərinin “Qara Saqqal” kəndində Kürdüstan Demokrat Partiyası yaraqlıları ilə “Sepah”ın “Həmzə” qərargahı qüvvələri arasında silahlı qarşıdurma yaranmasından və hər iki tərəfdən bir neçə nəfərin ölüb yaralanmasından sonra həbs edilmişdi.



Bildirilir ki, həmin hadisə ilə bağlı Kürdüstan Demokrat Partiyasının daha 6 üzvü tutularaq, 10 ildən 25 ilə qədər həbsə məhkum edilsə də, Urmiya inqilab məhkəməsi Hidayət Abdullapuru “Allaha qarşı savaşda” günahlandıraraq edama məhkum etmişdi.
Bu xəbər oxucular tərəfindən 470 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed