Şrift:
İranın neft sektorunda işləyən fəhlə gecikdirilmiş maaşını ala bilmədiyi üçün özünü asıb
11.06.2020 [14:05] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Yayılan məlumata əsasən, minimum əmək haqqı ilə “Yadavəran” neft yatağında çalışan və son vaxtlar ağır maddi çətililə üzləşən Omran Rövşəni Müqəddəm iyunun 10-da “Nəzm Afərinan İman” müəssisəsinin podraçısına müraciət edərək, iki ay gecikdirilmiş maaşını tələb edib. O, arvad-uşağının ac olduğunu və artıq axşam çörək alıb evə aparmağa imkanı olmadığını bildirərək, naməlum səbəbə görə gecikdirilmiş maaşını tələb edib. Lakin podratçının ona cavabı çox sərt olub. “Pul yoxdur, maaş söhbətini eləmə” -deyə, podratçı onu məyus edib.



Bildirilir ki, podratçının onun ağır durumunu başa düşməməsindən əsəb gərginliyi keçirən fəhlə, işlədiyi neft yatağında özünü asıb.



İntihardan az sonra Omran Rövşəni Müqəddəmin iş yoldaşlarından biri jurnalistlərə açıqlamasında həmin neft yatağında çalışan fəhlələrin hüquqlarının tapdanmasından danışıb: “Biz uzun illərdir ki, “Yadavəran” neft yatağında çalışırıq. Lakin bir neçə ay əvvəl “Nəzm Afərinan İman” müəssisəsinin podraçısı bizlərə zorla yeni bir iş müqaviləsini imzalatdırdı. Həmin müqaviləyə əsasən, podratçı istədiyi vaxt bizləri işdən qova bilər. Baxmayaraq ki, yeni iş müqaviləsində fəhlələrin ən kiçik hüquqları belə pozulur, biz onu imzalamağa məcbur olduq.



Həmkarımız Omran Rövşəni Müqəddəmin özünü asaraq həyatına son qoyması da bizim burada üzləşdiyimiz problemlər və hüquqlarımızın açıq-aşkar pozulması ilə əlaqədardır” -deyə, adını açıqlamayan fəhlə bildirib.
Bu xəbər oxucular tərəfindən 578 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed