Şrift:
İranda dolların məzənnəsi yenidən 18 min tüməni keçib
11.06.2020 [15:04] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranda dolların məzənnəsi 2018-ci ilin yaz aylarında 4200 idi. Lakin həmin ilin yayında 19 min tümənə qədər yüksəlmişdi. Ondan sonra enib-qalxmalarla 2019-cu ilin payızında 12 min tüməndən də aşağı enmişdi. Lakin payızın sonlarında dolların dəyərində yenidən artım müşahidə edilir.


Valyutada bahalaşma İranda qızıl sikkə qiymətlərinin də yüksəlməsinə səbəb olub. Belə ki, "Azadlıq baharı" adlı qızıl sikkənin dəyəri ötən günə nisbətən 50 min tümən bahalaşaraq, 7 milyon 350 min tümənə yüksəlib. Halbuki onun qiyməti 2018-ci ilin yazında 1 milyon 470 min tümən idi.


Qeyd etmək lazımdır ki, dünən İran Mərkəzi Bankının sədri Əbdülrza Himməti ölkənin valyuta bazarında qiymətlərin sabiq olduğunu iddia etmişdi.
Bu xəbər oxucular tərəfindən 476 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed