12.06.2020 [09:28] - Xəbərlər, Hərb
Yaponiyanın Okinava prefekturasında yerləşən Naqo şəhərinin Henoko rayonunda ABŞ hərbi bazasının tikinti işləri yenidən bərpa olunub
“Okinawa Times” qəzeti xəbər verir ki, tikintidə çalışan fəhlənin koronavirusa yoluxmasından sonra dayandırılan torpaqtökmə işlərinə bu gün səhər yenidən start verilib.
Xatırladaq ki, tikinti işləri başa çatdıqdan sonra Yaponiya hökuməti həmin prefekturada yerləşən Futemma bazasını buraya köçürməyi planlaşdırır. Lakin Okinava rəhbərliyi və yerli əhali onun prefektura ərazisindən çıxarılmasını tələb edir.
Nəşrin məlumatına görə, səhər saatlarında tikintinin aparıldığı ərazidə iki yük gəmisi müşahidə edilib. Bildirilir ki, həmin gəmilərə yüklənən qum və çınqıl sonradan yük maşınlarına köçürüləcək və günün ikinci yarısında sahildəki zolağa daşınacaq.
Qeyd edək ki, ABŞ dəniz piyadalarının Futemmadakı bazasının Henokoya köçürülməsi barədə razılaşma 2006-cı ildə əldə edilib. Bunun üçün təqribən 157 hektar sahil ərazisində torpaq tökmə işləri həyata keçirilməlidir. Lakin yerli əhali və ekoloqlar bu köçürmənin dənizdəki mərcan qayalarını məhv edəcəyini bildirərək buna etiraz edirlər. Bundan əlavə, onlar ABŞ hərbi bazalarının 74 faizinin Okinavada yerləşdirilməsini də prefektura üçün böyük yük hesab edirlər.
Yaponiyanın mərkəzi hökuməti ilə yerli administrasiya arasında bu mübahisə artıq uzun illərdir ki, gah bu, gah da digər tərəfin üstünlüyü ilə davam edir. Qarşılıqlı məhkəmə ittihamları, digər tərəfin qərarına qarşı etirazlar tikinti işlərinin sürətinə təsir göstərsə də, dənizdə aparılan torpaq tökmə işləri davam etdirilir.

Bu xəbər oxucular tərəfindən 498 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |