Şrift:
Qərbi Azərbaycanda koronavirusa yoluxanların sayı 7960 nəfəri ötüb
12.06.2020 [09:30] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Qərbi Azərbaycanın səhiyyə xidmətinin rəhbəri və Urmiya Tibb Universitetinin rəisi Cavad Ağazadə əyalətdə koronavirus xəstəliyinə yoluxanların ümumi sayının 7 min 963 nəfərə çatdığını bildirib. Ağazadə əlavə edib ki, infeksiyadan ölənlərin sayı 263 nəfərə çatıb. Onun sözlərinə görə, xəstəliyə yoluxanlardan 4 min 634 nəfər tam sağalaraq evlərinə göndərilib.





Güney Azərbaycanın Ərdəbil əyalətində də koronavirus infeksiyasına yoluxanların sayı 3 min 220 nəfərə çatıb. Ərdəbil Tibb Universitetinin rəisi Şəhram Həbibzadənin verdiyi məlumata görə, əyalətdə son 24 saatda 36 yeni koronavirusa yoluxma faktı qeydə alınıb. Son 24 saatda koronavirusdan ölən olmadığını deyən Həbibzadə xəstəliyin qurbanlarının ümumi sayı haqqında məlumat verməyib.





Zəncan əyalətində isə rəsmi açıqlamaya görə, koronavirus infeksiyasına yoluxanların sayı 1252 nəfərə çatıb. Zəncan Tibb Universitetinin rəisi Pərviz Qızılbaş son 24 saatda daha 15 nəfərin xəstəliyə yoluxduğunu bildirib. Zəncanda koronavirusdan ölənlərin sayı isə 139 nəfərə çatıb. Qızılbaş xəstəliyə yoluxanlardan 1030 nəfərinin tam sağaldığını bildirib.





Güney Azərbaycanın Həmədan, Şərqi Azərbaycan və Qəzvin əyalətlərinin səhiyyə xidməti məsulları isə pandemiya ilə bağlı yeni rəqəmlər açıqlamayıb.
Bu xəbər oxucular tərəfindən 342 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed