Şrift:
İran vurulmuş Ukrayna təyyarəsinin qara qutularını Fransaya göndərir
12.06.2020 [09:36] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu barədə adlarını çəkmədiyi etibarlı mənbələrə istinadən xəbər yayan "Reuters" agentliyi bildirib ki, rəsmi Tehran qara qutuları oxumaq üçün Fransaya göndərəcəyi ilə bağlı Birləşmiş Millətlər Təşkilatının Aviasiya Təşkilatına vəd verib.


Agentlik qeyd edib ki, bu vədi BMT-nin Aviasiya Təşkilatının video konfrans formatda keçirilən görüşündə iştirak edən İranın nümayəndəsi verib. Hələlik nə rəsmi Tehran, nə də təyyarədə vətəndaşları ölən digər ölkələr "Reuters"in xəbərinə münasibət bildirməyib.


İranın təyyarəni vurduğunu etiraf etdiyi ilk günlərdən qara qutuları Ukraynaya və ya 3-cü ölkəyə verməkdən imtina etməsi hadisə qurbanlarının ailələri arasında bu addımın qəsdən atılmasına dair şübhələr oyandırıb.



Görünür, təyyarədə vətəndaşları ölən Ukrayna, Kanada, İsveç, Britaniya və Əfqanıstan kimi ölkələrin, eləcə də hadisə qurbanlarının yaxınlarının təzyiqləri nəticəsində iranlı rəsmilər onları Fransaya verməyə razılaşıblar.



Xatırladaq ki, "Sepah" terror təşkilatının yanvarın 8-də Tehran səmasında Ukrayna hava yollarına məxsus sərnişin təyyarəsini iki raketlə vurması nəticəsində 176 nəfər ölmüşdü. İran hadisəni 3 gün gizlədib, bunu texniki nasazlıq səbəbindən baş vermiş qəza kimi təqdim etsə də, beynəlxalq təzyiqlər qarşısında təyyarənin vurulmasını etiraf etməyə məcbur qalmışdı.
Bu xəbər oxucular tərəfindən 413 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed