Şrift:
Həbsdə olan iranlı tələbə Əli Yunisi həbsxanada koronavirusa yoluxub
12.06.2020 [14:11] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu barədə "Twtter" səhifəsində məlumat yayan tələbənin qardaşının təkadamlıq kameradan ümumi kameraya köçülürdüyünü bildirib.


Qardaşım dünən, təxminən 2 həftə yarımdan sonra axır ki, bizə zəng vurdu. Bildirdi ki, baxmayaraq ki, telefonla danışmaq icazə olub, amma koronavirusa yoluxduğu üçün özünü çox pis hiss edirmiş və bu müddət ərzində ona görə bizimlə əlaqə saxlaya bilməyib. Əli həmçinin 59 gün karsda saxlandıqdan sonra 3 gün əvvəl 7-8 nəfərin olduğu ümumi kameraya köçürüldüyünü dedi", - deyə Rza Yunisi yazıb.


Xatırladaq ki, Əli Yunisi 2016-cı ildə ölkə üzrə keçirilmiş astronomiya müsabiqəsində 2-ci yerə, 2017-ci ildə keçirilmiş astronomiya üzrə dünya çempionatında isə 1-ci yerə çıxıb. O, aprelin 10-da həbsinin səbəbi açıqlanmadan İran polisi tərəfindən ailəsinin gözü qarşısında kəskin döyülərək evində saxlanmıışdı.
Bu xəbər oxucular tərəfindən 377 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed