Şrift:
Kürdüstan valisi: “Sənəndəc şəhərində koronavirusla bağlı vəziyyət böhranlıdr”
12.06.2020 [14:14] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Son bir gün ərzində Kürdüstan əyalətində daha 11 nəfərin pandemiya yoluxucu xəstəliyindən öldüyünü bildirən vali deyib ki, Sənəndəcdə xəstəliklə bağlı vəziyyət artıq böhran həddinə çatıb: “Biz, əhalinin iş yerlərini bağlamaq niyyətində deyilik. Lakin əgər insanlar qoyulan məhdudiyyətlərə və gigiyena qaydalarına riayət etməsələr, yenidən ötən aprel və mart aylarındakı şəraitə qayıtmaq məcburiyyətində qalacağıq.



Təəssüflər olsun ki, toy və yas mərasimlərinin keçirilməməsi barədə dəfələrlə xəbərdarlıq edilsə də, biz insnların həmin mərasimləri “Parking”lərdə keçirməsinin şahidi oluruq. Bu isə xəstəliyin daha geniş yayılmasına səbəb olur. Halbuki bu kimi mərasimlərin indiki şəraitdə keçirilməsinə ehtiyac yoxdur və insanlar buna riayət etməlidirlər.



Biz, həmçinin xəstəliyin yayılmasının qarşısını almaq üçün toy və yas mərasimlərinin keçirilməsinə qadağa qoymaqla yanaşı bundan sonra çayxanalar və parkların da bir müddət bağlı qalması qərarına gəlmişik. Hesab edirik ki, Kürdütan əhalisi bu tövsiyələrə əməl etməklə, koronavirusun əyalət şəhərlərində daha geniş yayılmasının qarşısını alacaqlar” -deyə, Kürdüstan əyalətinin valisi Bəhmən Muradniya əlavə edib.
Bu xəbər oxucular tərəfindən 479 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed