Şrift:
Səudiyyə Ərəbistanı bu il üçün Həcc ziyarətini ləğv etməyi planlaşdırır
12.06.2020 [14:18] - Xəbərlər, İslam dini
Məkkə istisna olmaqla digər şəhərlərdə məscidləri ibadətə açan Səudiyyə Ərəbistanı Həcc ziyarəti ilə bağlı qərarını yaxın günlərdə verəcək.

Krallıqda bununla bağlı iki variant üzrə müzakirə aparılır - ölkəyə məhdud sayda zəvvarın gəlməsi, yaxud da Həcc və Ümrə ziyarətlərinin tamamilə ləğv edilməsi.

“Financial Times” iddia edir ki, 1932-ci ildə yaradılan Səudiyyə Ərəbistanı Krallığı tarixində ilk dəfə olaraq Həcc ziyarətini ləğv etməyi planlaşdırır. Səudiyyə rəsmisi bildirib ki, Həcc mövsümündə 2 milyondan çox ziyarətçi qəbul edən və 12 milyard dollar gəlir götürən Krallıq ölkədə COVID-19-a yoluxanların sayının 100 min nəfəri keçməsindən sonra seçim qarşısında qalıb.

Artıq iki ölkə vətəndaşlarını Həcc ziyarətinə göndərməyəcəyini bəyan edib. Hər mövsüm Həccə 200 min zəvvar göndərən İndoneziya və Malayziya bu cür bəyanatla çıxış ediblər.
Bu xəbər oxucular tərəfindən 971 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed