Şrift:
500 min avro rüşvət alıb ölkədən qaçan inqilab məhkəməsinin hakimi Rumıniyada həbs edilib
14.06.2020 [11:16] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu barədə, İran Məhkəmə Sisteminin sözçüsü Qulamhüseyn İsmayili bu gün mediaya açıqlamasında məlumat yayıb.



Bildirilir ki, İran inqilab məhkəməsində çalışdığı müddətdə, hakimiyyətdaxili bandalarla əlbir olan və təkcə bir nümunədə 500 min avro rüşvət alıb müalicə bəhanəsi ilə bir neçə ay əvvəl xaricə qaçan axundun Almaniyada olması barədə xəbərlər yayılsa da, o, iyunun 12-də Rumıniya paytaxtında İnterpol tərəfindən saxlanılıb.



Sosial şəbəkələrdə isə axundun xaricdə olduğu müddətdə saqqalını qırxıb mülki geyimdə şəhərdə gəzməsi barədə şəkillər yayılıb.



İran Məhkəmə Sisteminin sözçüsü Qulamhüseyn İsmayili deyib ki, koronavirusun geniş yayılmasına görə, uçuşların dayandırılması səbəbilə korrupsioner axund yaxın günlərdə ölkəyə gətiriləcək.



Qeyd edək ki, tutduğu vəzifədən sui-istifadədə və rüşvətxorluqda günahlandırılan axund Qulamrza Mənsurinin adı ilk dəfər bir neçə gün əvvəl, hazırda məhkəməsi keçirilən Əkbər Təbərinin işi ilə bağlı hallandırılıb. İran Məhkəmə Sisteminin keçmiş rəisi axund Sadiq Laricaninin ən yaxın adamlarından olan Əkbər Təbəri isə yaratdığı banda vasitəsilə dövlət əmlakını mənimsəməkdə və bu yolla yüzlərlə milyard tümən pulu əldə etməkdə təqsirləndirilir.
Bu xəbər oxucular tərəfindən 420 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed