Şrift:
İranda daha 107 nəfər koronavirusdan ölüb, 2472 yeni “Covid-19” infeksiyasına yoluxma halı aşkar edilib
14.06.2020 [15:47] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranda pandemiya yoluxucu xəstəliyindən ölənlərin sayının yenidən artmağa başladığını bildirən Sima Sadat Lari deyib ki, ölkədə son bir gün ərzində daha 107 nəfər koronavirusdan həyatını itirib, 2472 yeni “Covid-19” infeksiyasına yoluxma halı aşkar edilib: “Bununla da ölkədə bu günə qədər koronavirusdan ölənlərin sayı 8 min 837 nəfərə, xəstəliyə yoluxanların sayı isə 187 min 427 nəfərə yüksəlib.


Son 24 saat ərzində həmçinin xəstəlikdən sağalıb evə buraxılanların sayı artaraq, 148 min 674 nəfərə çatıb.


Təəssüflər olsun ki, xəstəliyə yoluxan və hazırda xüsusi rejimli xəstəxanalarda müalicə alan 2781 nəfərin vəziyyəti ağırdır” -deyə, İran Səhiyyə Nazirliyinin sözçüsü Sima Sadat Lari bəyan edib.



İran Səhiyyə Nazirliyinin sözçüsü, ölkədə bu günə qədər koronavirusdan ölənlərin sayının 8837 nəfərə, yoluxanların sayının isə 187427 nəfərə çatdığı iddia etsə də, İranın tibb mərkəzlərində çalışan müstəqil mənbələr, ölkədə indiyə qədər “Covid-19” infeksiyasından ölənlərin sayının 52 min 500 nəfəri keçdiyini, 1 milyon 200 min nəfərdən çox insanın isə infeksiyaya yoluxduğunu bildirirlər.
Bu xəbər oxucular tərəfindən 462 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed