Şrift:
Avropa ölkələri COVID-19 virusuna qarşı peyvənd üçün İnkluziv Alyans yaradıblar
15.06.2020 [10:37] - Gündəm, Sağlıq
Fransa, Niderland, Almaniya və İtaliya COVID-19 virusuna qarşı peyvənd uğrunda İnkluziv Allyans (Alliance İnclusive pour le Vaccin) yaradıblar.

Bu haqda Fransa Səhiyyə Nazirliyinin yaydığı kommunikedə bildirilib.

Qeyd edilib ki, yuxarıda göstərilən 4 ölkə AstraZeneca laboratoriyası ilə avropalılara ümid verən saziş imzalayıblar. Britaniya qrupu tərəfindən sınaqdan keçirilmiş peyvəndə müvəffəq olunduğu təqdirdə, Avropa Birliyinə üzv ölkələrinin xüsusi imtiyazları olacaq.

Bu sazişə əsasən peyvənd hazır olan kimi 400 milyon doza Avropa ölkələrinə çatdırılacaq. Ehtimal olunur ki, koronavirusa qarşı peyvənd ilin sonuna qədər əldə olunacaqdır.

Kommunikedə göstərilib ki, İnkluziv Alyans ölkələri tərəfindən imzalanmış saziş Avropa Birliyinin bütün ölkələri, eləcə də bu təşəbbüsə qoşulmaq istəyən digər tərəfdaş ölkələrə xidmət etmək üçün nəzərdə tutulub. Peyvəndlər bütün iştirakçı ölkələrə əhalilərinin sayına uyğun olaraq paylanacaq.

Qeyd edək ki, AstraZeneca 1999-cu ildə İsveçin Astra və Britaniyanın Zeneca farmaseptik laboratoriyalarının birləşməsindən yaranıb. İngiltərənin Oksford Universiteti ilə əməkdaşlıq çərçivəsində laboratoriyada Sars-CoV-2 virusuna qarşı hazırlanmış peyvəndin ilk nəticələri ürəkaçandır.
Bu xəbər oxucular tərəfindən 485 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed