15.06.2020 [11:11] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Məsudi Reyhan Təbriz şəhərində “Gülüstan Bağı” tarixi ərazisində aparılan metro qazıntıları zamanı tarixi məzarların ortaya çıxması ilə əlaqədar Əl İşləri, Turizm və Mədəni İrs Təşkilatının açıqlama verməsini tələb edib.
Məlumata görə, “Gülüstan Bağı” ərazisində metro stansiyanın tikintisi üçün aparılan qeyri-standart qazıntı zamanı tarixi “Məqbərətül-Ürəfa(ariflər məzarlığı)” və ya Gəcil qəbiristanlığında dəfn edilən bəzi sümüklər aşkar edilib.
Məsudi Reyhan qeyd edib ki, Təbriz qəbiristanlıqları ilk dəfə Pəhləvilərin hakimiyyətə geldiyindən sonra dağıdıldı və bu şəhərin min illik tarixi üzərinə qaranlıq pərdə çəkildi.
“Müxtəlif şəhərlərdə tarixi qəbiristanlıqlar turistik məkanlara çevrilib. Təbrizdə isə dağıdılıb,” deyə o əlavə edib.
Şərqi Azərbaycan əyalətinin Əl İşləri, Turizm və Mədəni İrs Təşkilatının arxeologiya şöbəsinin rəhbəri sümüklərin aşkar edildiyi məntəqəyə ekspertlərin göndərildiyini deyib.
Hüseyn İsmayılı Ətiq qeyd edib ki, idarənin mütəxəssisləri həmin yerdə ilkin araşdırmalar aparıblar.
“Metro stansiyasının tikilməsi üçün qazıntı aparılan ərazi tarixi Gəcil məzarlığının bir hissəsidir. Bu məzarlıqdan İslami dövrün ilk əsrlərindən Qacarlar dövrünədək istifadə olunmuşdu. Qazıntı zamanı kəşf edilən skeletlər, böyük ehtimal, həmin tarixi məzarlıqla əlaqəlidir,” deyə o bildirib.
Onun sözlərinə görə aşkarlanan sümüklər və tarixi əşyalardan tədqiqat üçün nümunələr götürülüb.
İsmayılı Ətiq əlavə edib ki, ilkin araşdırmalar nəticəsində keçmiş dövrlərə aid əhəmiyyətli qalıqlara və ya memarlıq nümunələrinə rast gəlinsə daha ətraflı arxeoloji tədqiqatlar aparılacaq, əks təqdirdə arxeoloji mütəxəssisinin iştirakı ilə metro layihəsi çərçivəsindəki qazıntı işləri dava edəcək.
Ötən günlərdə Şərqi Azərbaycan əyalətinin Mədəni Miras, Əl İşləri və Turizm idarəsinin müavini Əlirza Quçi Təbrizin tarixi strukturundan 90 faizinin tamamilə məhv edildiyini bildirmişdi.
Qeyd edək ki, 1780-cı ildə baş verən zəlzələ nəticəsində Təbriz şəhərinin yeni binaları dağılmış köhnə Təbrizin üstündə tikilib. Tədqiqatçıların fikrincə, Təbrizdə hər hansı şəhər qazıntıları əsnasında köhnə Təbrizə aid tarixi binaların tapılması mümkündür. Son illərdə şəhərin müxtəlif məhəllələrində həyata keçirilən layihələr çərçivəsində aparılan qazıntılar zamanı dəfələrlə qədim şəhərin hissələri aşkarlanıb, lakin məsulların laqeydliyi nəticəsində həmin memarlıq abidələri dağıdılıb.

Bu xəbər oxucular tərəfindən 391 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |