15.06.2020 [11:23] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Yunis Quluzadə ailəsi ilə əlaqə saxlayaraq Təbriz həbsxanasının karantin bölümündən maliyyə cinayətləri ilə əlaqədar həbs edilənlərin saxlanıldığı 12-ci korpusa köçürüldüyünü bildirib.
İran həbsxanalarında yayılan koronavirus təhlükəsinin davam etməsinə baxmayaraq Quluzadə iyunun 1-də Təbriz Mərkəzi Zindanına aparılıb.
Qeyd edək ki, Təbrizin Apelyasiya Məhkəməsinin 1-ci şöbəsi Quluzadəni “sistemin əleyhinə təbliğat aparmaq” ittihamı ilə 91 gün həbs cəzasına məhkum edib.
Quluzadə daha öncə Təbriz İnqilab Məhkəməsinin 3-cü şöbəsi tərəfindən “milli təhlükəsizliyi pozmaq” və “İran İslam Respublikası əleyhinə təbliğat aparmaq” ittihamları ilə 6 ay həbs cəzasına məhkum edilmişdi.
O, 2019-ci il aprelin 24-də Təbrizdə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq Fəta (interneti kontrol edən polis) təcridxanasına aparılmışdı.
Quluzadə saxlanıldıqdan bir gün sonra 50 milyon tümən dəyərində mülki vəsiqə girov qoyaraq müvəqqəti olaraq azadlığa buraxılmışdı.

Bu xəbər oxucular tərəfindən 396 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |