Şrift:
Təbrizdə yerli məsullardan biri koronavirusdan ölüb
15.06.2020 [13:01] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Həbib Şərifiyan xəstəliklə bir neçə gün mübarizə apardıqdan sonra iyunun 14-də günortadan sonra həyatını itirib.





Xatırladaq ki, Şərqi Azərbaycan əyalətində yerli məsullar arasında koronavirusa yoluxma faktı dəfələrlə qeydə alınıb. Ötən aylarda Təbriz Bələdiyyə İdarəsinin Təhlükəsizlik və Yanğınsöndürmə Xidmətinin icraçı direktoru Məhəmməd Quluzadə və iki təbrizli həkim, o cümlədən Tufarqan (Azərşəhr) şəhərinin “Mədəni” xəstəxanasının rəisi Mir Abbas Haşimi koronavirusdan vəfat edib.





Aprel ayında Təbriz Tibb Universitetinin mətbuat katibi Camaləddin Hüseyni Şərqi Azərbaycanda 90 nəfər tibb işçisinin “Covid-19” infeksiyasına yoluxduğunu bildirmişdi.
Bu xəbər oxucular tərəfindən 503 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed