Şrift:
Naxçıvanlı məşhurlardan aviareyslərin açılması xəbərinə reaksiya
15.06.2020 [14:07] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
İyunun 18-dən etibarən Bakıdan Naxçıvana aviareys həyata keçiriləcək. İlk uçuş həmin gün saat 12:00-da həyata keçiriləcək. 15:00-da isə ikinci aviareys yerinə yetiriləcək. Uçuşlar “Embraer 190" tipli təyyarələrlə baş tutacaq. Təyyarələr 106 sərnişin tutumuna malik olsa da, 100 yer üçün bilet satılacaq. Buna səbəb isə yeni qaydalara uyğun olaraq, uçuş zamanı hər hansı bir sərnişində xəstəlik aşkarlanarsa onun digər sərnişinlərdən kənarlaşdırılıb təyyarədə arxa sırada təyin edilmiş boş yerlərdə oturması təmin olunacaq.

Artıq iyunun 11-dən onlayn biletlərin satışına başlanılıb.

Xatırladaq ki, bu ilin Novruz bayramı ərəfəsində Naxçıvan-Bakı aviareysləri dayandırılmışdı. Bəs aviareyslərin yenidən açılması xəbərindən sonra hansı məşhur naxçıvanlılar öz məmləkətinə getməyi düşünür?

“Yeni Müsavat” bununla bağlı bir neçə əslən Naxçıvandan olan məşhurların rəyini öyrənib.


Sabiq deputat, Milli Dirçəliş Hərəkatı Partiyasının lideri Fərəc Quliyev: “Camaat çox çətinlik çəkirdi. Xeyli sayda insan bayramdan sonra Naxçıvandan geri qayıda bilməyib, orada qalıblar.

Fərəc Quliyev: “Reyslərin artırılması arzuolunandır”

Təbii ki, ölkədə görülən tədbirlər əhalinin sağlamlığının qorunması üçündür. Hər birimiz karantin rejiminə əməl etməliyik. Bununla belə, düşünürəm ki, əgər Naxçıvan-Bakı arasında aviareyslər açılacaqsa, uçuşların sayını da artırmaq lazımdır. Bununla bağlı müvafiq strukturlara da səslənirəm. İran ərazisindən avtobus və taksilərin işləməməsi camaat üçün çətinlik yaradacaq. Ona görə də təyyarə reyslərinin artırılması arzuolunandır".

Fərəc Quliyev qeyd etdi ki, adəti üzrə ildə bir neçə dəfə məmləkətinə baş çəkir:

“Çalışıram ki, istirahətimin bir hissəsini Naxçıvanda keçirim. Təbii ki, imkan olan kimi Naxçıvana baş çəkəcəm...

Doğrusu, il ərzində çox da gedə bilməsəm də, ən azı ildə 1-2 dəfə vaxt tapıb gedirdim. Toy, yas məclisləri olanda təbii ki, gedirik, bu başqa məsələ. Amma anam orada daha rahat olur deyə, mütləq onu da götürüb ildə bir dəfə istirahətə gedirəm".

Xalidə GƏRAY/“Yeni Müsavat”
Bu xəbər oxucular tərəfindən 791 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed