Şrift:
Tənqidçi iranlı deputat Pərvanə Sələhşuri rejim əleyhinə fəaliyyətdə ittiham olunub
15.06.2020 [15:07] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
"Fars" agentliyinin xəbərə görə, xanım Sələhşuri haqqında olan "çoxsaylı şikayətlər"sən sonra başladılmış cinayət işin üzrə o, "ictimai rəydə çaşqınlıq yaratmaq üçün yalan məlumatlar yayma" və "siyasi sistem əleyhinə təbliğati fəaliyyət"də ittiham edilib.


Pərvanə Sələhşuri fevralın 1-də Ədliyyəyə çağırılmış və mülki vəsiqə qarşılığında azadlığa buraxılmışdı.


O, ötən gün "Twitter"də məsələyə bildirdiyi münasibətdə özünə qarşı ittihamları "xalqın həqiqi millət vəkili olmağın nəticəsi" kimi dəyərləndirib.


Bir çox media qurumları sabiq deputata qarşı başladılmış cinayət işini onun "Twitter" sosial şəbəkəsində paylaşdığı bir neçə status və bəzi müsahibələri ilə əlaqələndirib.


Qeyd etmək lazımdır ki, dəfələrlə İran rejimini tənqid edən Pərvanə Sələhşuri son çıxışlarından birində İslam Republikası siyasi sisteminin idarəetmə formasını kəskin tənqid atəşinə tutaraq, onu "yağı tiranlıq" adlandırmışdı.


O, noyabr ayında keçirilmiş xalq etirazlarının amansızlıqla yatırılması v
xalqın gülləbaran edilməsi səbəbindən isə "Sepah" terror təşkilatının komandanlarından olan Məhəmmədəli Səid Cəfərini sərt tənqid etmişdi.
Bu xəbər oxucular tərəfindən 483 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed