Şrift:
Qərbi Azərbaycanda ağır yol qəzası baş verib
16.06.2020 [09:50] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu barədə, Qərbi Azərbaycan əyalətinin Yol Polisi idarəsinin rəisi Kamal Hüseynzadə mətbuata açıqlamasında məlumat verib.





Məlumata əsasən, hadisə iyunun 15-də Urmiya-Soyuqbulaq(Mahabad) yolunda baş verib. “Renault Koleos” və “Samand” minik avtomobillərinin toqquşması nəticəsində “Samand” avtomobilinin bütün sərnişinləri o cümlədən, iki azyaşlı uşaq, iki qadın və iki kişi hadisə yerində dünyasını dəyişib.





Güney Azərbaycan yollarında təxminən hər gün çoxsaylı insan tələfatı və kütləvi xəsarət alma ilə nəticələnən müxtəlif yol qəzaları baş verir. Ekspertlər yolların qeyri-standart olması, avtomobillərin keyfiyyətsiz olması və insan amilini baş verən qəzaların əsas səbəbi kimi göstərir.
Bu xəbər oxucular tərəfindən 435 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed