Şrift:
Şərqi Azərbaycanda 2 ayda 6000 nəfər davada xəsarət alıb
16.06.2020 [09:52] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
“Cari ilin (İranda yeni il Novruz bayramında başlayır) ilk iki ayında 6 min 321 nəfər davada bədən xəsarəti aldığına görə əyalətin tibbi ekspertiza mərkəzlərinə müraciət edib. Müraciət edənlərdən 4 min 798 nəfəri kişi, 1523 nəfəri isə qadın olub,” deyə o bildirib.

Səfayifərdin verdiyi məlumata görə, ötən il bu müddətdə müraciət edənlərin sayı 6 min 365 nəfər olub. Bu o deməkdir ki, cari ildə ötən ilin müvafiq dövrü ilə müqayisədə yaranan davalarda xəsarət alanların sayı 1 faiz azalıb.





Şərqi Azərbaycan Tibbi Ekspertiza Mərkəzinin rəisi həmçinin bildirib ki, Ordibeheşt (aprel 21-may 21) ayında davada bədən xəsarəti aldığına görə tibbi ekspertiza mərkəzlərinə müraciət edənlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 5 faiz artaraq 3 min 613 nəfərə çatıb. Müraciət edənlərdən 2 min 727 nəfəri kişi, 987 nəfəri isə qadın olub.





Səfayifərd əlavə edib ki, ötən il (İran təqvimi ilə 1398-ci il) ərzində Şərqi Azərbaycan Əyalətində davada bədən xəsarəti aldığına görə tibbi ekspertiza mərkəzlərinə müraciət edənlərin sayı 36 min 866 nəfər olub.





İşsizlik, yoxsulluq və narkomaniyanın geniş yayılması Güney Azərbaycanda insanlar arasında qarşıdurmanın artması, nikah və doğum sayının azalması, boşanma, qətl və intihar hallarının çoxalması və s. kimi ictimai problemlərə səbəb olub . Bu problemlər Güney Azərbaycanın bütün əyalətlərində müşahidə olunur.
Bu xəbər oxucular tərəfindən 449 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed