Şrift:
Avropa ölkələri MAGATE-yə İranın nüvə fəaliyyətlərini pisləyən qətnamə layihəsi təqdim ediblər
16.06.2020 [10:12] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu barədə məlumat yayan "Bloomberg" agentliyi bildirib ki, həmin ölkələr qətnamə layihəsində İranın Nüvə Silahlarının Yayılmasının Qarşısının Alınması üzrə Konvensiyaya əlavənin əksinə olaraq, 4 aydır ki, MAGATE-nin müfəttişlərinə iki nüvə təsisatına daxil olmağa icazə vermir.


Əgər qətnamə qəbul edilsə, bu, nüvə razılaşması imzalanandan sonra İranın nüvə fəaliyyətlərinin Agentlik tərəfindən pislənməsi ilə bağlı ilk hal olacaq.


Qətnamə layihəsinin gələn günlərdə Qubernatorlar Şurasının 35 üzvünün iştirakı ilə "online" formatta keçirilən toplantısında səsverməyə çıxarılacağı gözlənilir. Hər 3 ölkə sənəddə İrandan Agentliklə tam əməkdaşlıq etməyi tələb ediblər.


Hələlik nə MAGATE, nə də sözügedən ölkələr "Bloomberg"in xəbərinə rəsmi münasibət bildirməyiblər.


Xatırladaq ki, iyunun 15-dən etibarən Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Qubernatorlar Şurasının "online" formatda 4 günlük iclası öz işinə başlayıb. Qarşıdakı günlərdə İranın 2 nüvə təsisatında araşdırmalar aparmaq üçün Agentliyin müfəttişlərinə giriş icazəsi verməməsi də müzakirə olunacaq.
Bu xəbər oxucular tərəfindən 422 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed