Şrift:
Fars əyalətində baş verən yol qəzası nəticəsində 7 nəfər yanaraq həlak olub
16.06.2020 [14:24] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu barədə mediaya açıqlamasında məlumat yayan Fars əyalətinin Təcili Tibbi Yardım İdarəsinin ictimai əlaqələr bölməsinin rəisi Həsən Hemməti deyib ki, hadisə iyunun 15-i yerli vaxtla axşam saat 18:41 radələrində Sərvistan-Xəramə magistral yolunda baş verib: “Peykan” markalı sərnişin avtomobilinin “Neysan” tipli yük maşını ilə toqquşması nəticəsində yanğın baş verib.



Təəssüflər olsun ki, yanğın nəticəsində hər iki avtomobilin 3-ü uşaq olmaqla 7 sərnişini alovlar içində yanaraq həlak olublar. Hazırda isə qəzanın səbəbləri araşdırılır” -deyə, Fars əyalətinin Təcili Tibbi Yardım İdarəsinin ictimai əlaqələr bölməsinin rəisi Həsən Hemməti bəyan edib.



Qeyd edək ki, hər il İranın müxtəlif şəhər və bölgələrində baş verən çoxsaylı yol qəzalarında ən azı 28 min nəfər həyatını itirir, minlərlə insan isə müxtəlif dərəcəli bədən xəsarəti alır.
Bu xəbər oxucular tərəfindən 512 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed