16.06.2020 [14:26] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Ötən günlərdə baş verən ardıcıl yanğınların səbəbi barədə hələlik heç bir məlumat yoxdur.
Yaz aylarında yağan güclü yağışları nəticəsində bitki örtüyünün artması ilə Güney Azərbaycanın meşələri və otlaq sahələrində yanğınların baş verməsi gözlənilsə də heç bir rəsmi qurum mümkün yanğınları söndürmək üçün hazırlıq görməyib.
Qeyd edək ki, keçən il avqust ayında Güney Azərbaycanın Qaradağ meşələrində baş verən geniş miqyaslı yanğın müəyyən rəsmi orqanların laqeyd münasibəti nəticəsində bir həftədən çox davam etdi. Tehrandakı səlahiyyətli məsullar birinci günlərdə yerli məsulların müraciətinə məhəl qoymadan hadisə yerinə su çiləyən helikopter göndərməkdən imtina etdilər. Bu səbəbdən geniş ərazini bürüyən yanğın yüzlərlə hektar meşə sahəsinin sıradan çıxmasına səbəb oldu.
Son iki həftədə İranın müxtəlif bölgələrində meşə və əkin sahələrində 20-yə yaxın güclü yanğın baş verib. Yanğınlar nəticəsində yüzlərcə heyvan və bitki növü məhv edilib.

Bu xəbər oxucular tərəfindən 481 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |