16.06.2020 [14:28] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu barədə Hormozqan Tibb Universitetinin rektoru Hüseyn Fərşidi iyunun 16-da mediaya açıqlamasında məlumat yayıb.
Hormozqan əyalətində pandemiya yoluxucu xəstəliyi ilə bağlı vəziyyətin son dərəcə böhranlı həddə çatdığı barədə xəbərdarlıq edən Hüseyn Fərşidi deyib ki, əyalət xəstəxanalarının mövcud durumu gündən-günə artan xəstələrin hamısını qəbul etməyə imkan vermir: “Hazırda Hormozqan əyalətinin xəstəxanalarında “Covid-19” infeksiyasına yoluxmuş xəstələri qəbul etmək üçün 500 çarpayı nəzərdə tutulub. Lakin çarpayılan 410-u artıq doludur və əyalətdə xəstəliklə bağlı vəziyyət son dərəcə ağırdır.
Bizim. vəziyyəti ağır olan xəstələri müalicə etmək üçün hər gün 48 yeni çarpayıya ehtiyacımız var. Lakin bu çarpayılar hətta təmin edilsə belə, onları tibbi avadanlıqlarla təchiz etmək də başq bir problemdir. Təəssüflər olsun ki, Hormozqanda vəziyyətin ağır olması səbəbilə, son iki həftə ərzində koronavirus pandemiyasından ölənlərin sayı üç dəfə artıb. Bu isə ciddi nagaranlığa səbəb olub.
Biz, gələn həftə koronavirusa yoluxanların sayında 50% artım olacağıın proqnozlaşdıraraq, xəstələrin intensiv müalicəsi üçün əyalətdə olan bütün həkimləri və Tibb Universiteti məzunlarını Hormozqan Tibb Universiteti ilə əməkdaşlığa dəvət etmişik.
Hormozqan əyalətində bu günə qədər koronavirusla bağlı 28 min nəfərdən test götürülüb və onlardan 8 min 400 nəfərin virusa yoluxduğu aşkar edilib” -deyə, Hormozqan Tibb Universitetinin rektoru Hüseyn Fərşidi əlavə edib.

Bu xəbər oxucular tərəfindən 494 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |