Şrift:
İspaniya La Liqası: “Barselona” iki cavabsız qolla “Leqanes”i məğlub edib
17.06.2020 [09:15] - Gündəm, İdman
İyunun 16-da futbol üzrə İspaniya La Liqasının 29-cu turunun oyunları keçirilib.

Turnir cədvəlin hazırkı lideri “Barselona” doğma azarkeşlər qarşısında “Leqanes” komandasını qəbul edib.

Görüş Kataloniya təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

“Barselona”nın heyətində Ansu Fati (42) və Lionel Messi (69) fərqləniblər. Görüşün 64-cü dəqiqəsində Antuan Qrizman 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirə bilməyib.

Bu qələbədən sonra xallarının sayını 64-ə çatdıran “Barselona” liderliyini davam etdirir.

Turun ilk oyun günündə aşağıdakı hesablar qeydə alınıb:

“Real Betis” - “Qranada” - 2:2;

“Xetafe” - “Espanyol” - 0:0;

“Villareal” - “Malyorka” - 1:0.
Bu xəbər oxucular tərəfindən 454 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed