28.10.2011 [11:42] - Hərb
Azərbaycan Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti (KHVTİC) kəşfiyyatçı hazırlığı kursları açacaq.
Bu barədə açıqlamasında KHVTİC-in sədri, general-mayor Novruzəli Orucov məlumat verib.
N. Orucovun sözlərinə görə, bu kurslarda Silahlı Qüvvələr üçün hərbi xidmətə yaşı çatan gənclər iştirak edə biləcəklər. Artıq kursun açılması üçün zəruri işlər həyata keçirilməkdədir. Kursa xüsusi təyinatlı qüvvələrdə xidmət etmiş zabit rəhbərlik edəcək.
İştirakçılara kəşfiyyatçılar üçün zəruri olan dərslər tədris olunacaq. Onlara maskalanma, müxtəlif silahlardan istifadə, əlbəyaxa döyüş, kəşfiyyat tapşırıqlarını yerinə yetirmə üsulları aşılanacaq.
«Bu kursun digər özəlliyi isə orada səssiz silahlardan, xüsusilə də arbaletlərdən dəqiq atışın öyrədilməsidir. Biz artıq bunun üçün 40-50 metr məsafəyə atış edə bilən arbaletlər sifariş vermişik», - deyə general N. Orucov vurğulayıb.
General bildirib ki, aparılan sorğularda hərbi xidmətə gedən gənclərin çoxunun kəşfiyyat bölmələrində xidmət etmək istəyində olduğu müəyyənləşib. Kursların açılması da bu istəkdən irəli gəlib.
Kurslarda iştirak könüllülük əsasındadır.
N. Orucov hazırda KVHTİC nəzdində sürücü, snayper və mina mühəndisləri kurslarının davam etdiyini vurğulayıb.

Bu xəbər oxucular tərəfindən 2603 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |