17.06.2020 [11:41] - Gündəm, Hərb
Əfqanıstanın şimalında yerləşən Cauzcan əyalətində “Taliban” hərəkatının hücumu nəticəsində təhlükəsizlik qüvvələrinin ən azı 12 əməkdaşı həlak olub, beşi isə yaralanıb.
Tolo News telekanalı xəbər verir ki, “Taliban” silahlıları hökumət qüvvələrinin Akça dairəsində yerləşən nəzarət-buraxılış məntəqəsinə hücum edib. Əfqanıstan Müdafiə Nazirliyi hücum nəticəsində altı hərbçinin öldürüldüyünü və üçünün yaralandığını təsdiqləyib və qarşı tərəfin də itki verdiyini bildirib.
Qeyd edək ki, Əfqanıstanda sülh prosesinin başlamasına baxmayaraq, “Taliban” hərəkatı ilə hökumət qüvvələri arasında qarşıdurma davam edir. Fevral ayının sonlarında Qətərdə ABŞ və “Taliban” hərəkatı 18 ildən çox davam edən müharibə ərzində ilk sülh sazişi imzalayıb. Sülh sazişi 14 ay ərzində xarici qüvvələrin ölkədən çıxarılmasını və tərəflər arasında dialoqun başlamasını nəzərdə tutur.

Bu xəbər oxucular tərəfindən 506 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |