Şrift:
Misir Prezidenti pandemiya ilə mübarizədə Çinlə əməkdaşlığı yüksək qiymətləndirib
18.06.2020 [09:46] - Xəbərlər, Sağlıq
İyunun 17-də Misir Prezidenti Əbdülfəttah əl-Sisi Çin Xalq Respublikasının Sədri Si Cinpin və Afrika İttifaqının sədri, Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafozanın iştirakı ilə COVID-19 pandemiyasına qarşı mübarizə üzrə Çin-Afrika həmrəylik sammitində iştirak edib.

Videokonfrans vasitəsi ilə keçirilən sammitdə çıxış edən Misir Prezidenti Afrika ölkələrinin əksəriyyətində yeni növ koronavirusa yoluxanlar üçün xəstəxanalara və tibbi ləvazimata kəskin ehtiyac duyulduğunu bildirib. O, həmçinin pandemiyanın iqtisadi və sosial fəsadlarından ətraflı bəhs edib. Əl-Sisi inkişaf etmiş ölkələri, o cümlədən Çini yoxsul dövlətlərə daha çox yardım etməyə çağırıb.

Çinin Afrikada digər dövlətlərdən daha fəal yardım siyasəti apardığını diqqətə çatdıran Si Cinpin qeyd edib ki, Pekin üçün strateji əhəmiyyətə malik olan bu qitəyə tibbi ləvazimatların və personalın göndərilməsi davam edəcək.
Bu xəbər oxucular tərəfindən 431 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed