18.06.2020 [10:12] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu barədə Təbriz Şəhər İcra Hakimiyyətinin başçısı Behruz Məhdəvi məlumat verib. Məhdəvi Təbriz vilayətinin koronavirusun yayılması səbəbindən yenidən qırmızı vəziyyətdə olduğunu bildirib. O, bu məsələni əhalinin sosial izolyasiya qaydalarına riayət etməmələri ilə əlaqələndirib.
Təbrizdə şəhər daxilində sərnişin daşıyan avtobusların fəaliyyətinin dayandırılmasını deyən Məhdəvi tibbi qaydalara riayət etməyən obyektlərin qapadılacağı barədə xəbərdarlıq edib.
“Təbrizin tarixi bazarında fəaliyyət göstərənlərin tibbi maska taxması məcburidir. Bazarda, eləcə də qapalı ticarət mərkəzlərində havalandırma olmalıdır,” deyə Məhdəvi əlavə edib.
Onun sözlərinə görə, Hüseyniyələrin yenidən fəaliyyətə başlamasına icazə verilmir. Məscidlərdə isə cəmaat namazı istisna olmaqla digər fəaliyyətlər qadağandır.
İran rejimi siyasi və iqtisadi mülahizələrə görə, pandemiya ilə bağlı tətbiq edilən məhdudiyyətləri ortadan qaldıraraq müxtəlif müəssisələrin fəaliyyətini yenidən bərpa edib. Bu isə pandemiyanın yayılmasını yenidən gücləndirib.

Bu xəbər oxucular tərəfindən 486 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |