Şrift:
İranda məişət avadanlıqlarının qiyməti 25% artırılıb
18.06.2020 [10:14] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Məsələ ilə bağlı Təşkilatın keçirilmiş iclasında istehsalçılar xammal çatışmazlığı, yekun məhsulun qiymətinin aşağı olması və xarici valyuta əldə edə bilməmələri kimi problemlərini dilə gətirib, həmçinin məişət avadanlıqları satıcılarının nümayəndəsi də daxili istehsal olan məhsulların bazarda çatışmadığını qeyd edib.


İranın Sənaye Nazirliyinin dərc etdiyi statistikalar 2019-cu il ərzində bu ölkədə məişət avadanlıqları istehsalının 2018-ci ildə ABŞ-ın rəsmi Tehrana qarşı yenidən sanksiyalar qəbul etməsindən əvvələ nisbətən kəskin dərəcədə azaldığını göstərir. İstehsalı ən çox azalan avadanlıqlar içərisində televizor və paltar yuyan maşın gözə çarpır.


İran Mərkəzi Statistikası isə bildirir ki, 1398-ci il (21 mart 2019- 20 mart 2020-red.) ərzində sənaye sektorunda istehsalçıların inflyasiya həddi 42%-ə yaxın olub.


Digər tərəfdən, "İsna" xəbər agentliyinin yaydığı məlumatda daxili istehsal olan məişət avadanlıqlarının qiymətinin 30 faizdən 50 faizə qədər, xaricdən idxal edilən bu növ məhsulların isə 2 dəfə bahalaşdığı deyilir.
Bu xəbər oxucular tərəfindən 391 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed