Şrift:
İranda daha 87 ölüm halı ilə koronavirisdan həyatını itirənlərin sayı 9272 nəfərə çatıb
18.06.2020 [14:36] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu barədə, iyunun 18-də mediaya açıqlamasında məlumat yayan İran Səhiyyə Nazirliyinin sözçüsü Sima Sadat Larinin dediyinə görə, bununla da İranda son 24 saat ərzində koronavirusdan ölənlərin sayı 9 min 272 nəfərə, pandemiya xəstəliyinə yoluxanların sayı isə 197 min 647nəfərə çatıb.


Sima Sadat Lari deyib ki, son bir sutka ərzində xəstəlikdən tam sağalıb evə buraxılanların sayı da artaraq, 156 min 991 nəfərə yüksəlib.



Sözçnün dediyinə görə, pandemiya yoluxucu xəstəliyinə tutulan və hazırda xüsusi rejimli xəstəxanalarda müalcə alan 2795 nəfərin vəziyyəti ağırdır.



İran Səhiyyə Nazirliyinin sözçüsü, ölkədə bu günə qədər koronavirusdan ölənlərin sayının 9272 nəfərə, yoluxanların sayının isə 197647 nəfərə çatdığını iddia etsə də, İranın tibb mərkəzlərində çalışan müstəqil mənbələr, ölkədə indiyə qədər “Covid-19” infeksiyasından ölənlərin sayının 54 min nəfəri keçdiyini, 1 milyon 350 min nəfərdən çox insanın isə infeksiyaya yoluxduğunu bildirirlər.
Bu xəbər oxucular tərəfindən 401 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed