28.10.2011 [11:45] - Mədəniyyət
Akapulko şəhərinin küçələrindən birinə isə də “Azərbaycan” adı veriləcək
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illik yubileyinin qeyd edilməsi çərçivəsində oktyabrın 25-də Meksikanın Akapulko şəhərində dahi Azərbaycan şairi Nizami Gəncəvinin heykəlinin təntənəli təməlqoyma mərasimi keçirilib. Azərbaycanın Meksika Birləşmiş Ştatlarındakı səfirliyindən verilən məlumata görə, mərasimdə səfir İlqar Muxtarov, Meksikanın Qerrero ştatının (Akapulko şəhərinin daxil olduğu ştat) turizmin inkişafı naziri Xuan Salqado, Akapulko şəhər hökumətinin sosial inkişaf naziri Oskar Ranxel Miravete, Meksikanın tanınmış yazıçısı Manu Donvier, səfirliyin əməkdaşları və Akapulko şəhər sakinləri iştirak ediblər.
Qerrero ştatı və Akapulko şəhərinin rəsmiləri tədbirdə çıxış ediblər. Natiqlər Akapulko şəhərinin ən görkəmli yerlərinin birində Azərbaycanın dahi şairi və filosofu Nizami Gəncəvinin heykəlinin şəhərin gələcək simvollarının birinə çevriləcəyinə əminliklərini bildiriblər. Mədəni əlaqələrin inkişaf etdirilməsi üçün Azərbaycan səfirliyinin bu təşəbbüsünün Qerrero ştatı tərəfindən yüksək qiymətləndirildiyi qeyd edilib, yaxın gələcəkdə Akapulko şəhərində, həmçinin “Azərbaycan” küçəsinin də açılışının olacağı bildirilib.
Tədbirdə çıxış edən xanım Manu Donvier Nizami Gəncəvinin yaradıcılığından bəhs edərək, şairin əsərlərinin yalnız Azərbaycan deyil, eyni zamanda dünya ədəbiyyatı və fəlsəfi baxışlarına misilsiz töhfə olduğunu söyləyib. O, Nizami Gəncəvinin yaşadığı müddət ərzində heç vaxt Azərbaycanın hüdudlarından kənara çıxmadığını qeyd edərək, bununla belə, müasir dövrdə onun şəxsiyyəti və əsərlərini tərənnüm edən çoxsaylı abidənin dünyanın əksər ölkəsində mövcud olduğunu bildirib.
Öz növbəsində, səfir İ. Muxtarov Meksikanın Qerrero ştatı və Akapulko şəhərinin rəhbərliyinə, habelə Akapulko sakinlərinə Azərbaycan mədəniyyətində xüsusi yeri olan, böyük şair və filosof Nizami Gəncəvinin yaradıcılığına göstərilən diqqətə görə Azərbaycan hökuməti adından təşəkkür edib. O, yaxın gələcəkdə Akapulkoda “Azərbaycan” küçəsinin də açılacağını diqqətə çatdıraraq, bu kimi təşəbbüslərin ölkələr arasında mədəni əlaqələrin inkişafı üçün mühüm əhəmiyyət kəsb etdiyini söyləyib.
Daha sonra, səfir Qerrero ştatı və Akapulko şəhərinin rəsmiləri ilə birgə Nizami Gəncəvinin heykəlinin təməlinə ilk daşın qoyulması mərasiminə qatılıb.
Qeyd edək ki, mərasimdə “La Nao” festivalında iştirak etmək üçün Meksikaya qastrola gəlmiş Azərbaycan rəqs qrupunun üzvləri də iştirak ediblər.

Bu xəbər oxucular tərəfindən 1815 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |