23.10.2012 [12:05] - Xəbərlər, Sosial
Ermənilər şəhəri “erməni mədəniyyət mərkəzi” kimi tanıtmaq siyasətini davam etdirir, Azərbaycan tarixçiləri və alimləri isə bu mədəni işğalçılıq əməliyyatı qarşısında sükut nümayiş etdirir
Erməni işğalçıları Şuşa şəhərini “erməni mədəniyyət mərkəzi” kimi tanıtmaq səyləri çərçivəsində daha bir addım atıb. “Regnum” agentliyi xəbər verir ki, qondarma “DQR”in “mədəniyyət və gənclərlə iş nazirliyi” Şuşa şəhərinə, xüsusi olaraq restavrasiya edilmiş binaya köçürülüb. Xankəndindəki qanunsuz rejim bildirir ki, bu addım Şuşanın “Dağlıq Qarabağın-Artsaxın əvvəlki tarixi, təhsil və mədəniyyət mərkəzi kimi” şöhrətini geri qaytarmaq siyasəti çərçivəsində atılıb.
Qondarma rejimin “mədəniyyət nazirliyinin” Şuşaya köçürülməsi münasibətilə mərasim olub, orada çıxış edən “DQR prezidenti” Bako Saakyan deyib ki, müxtəlif “nazirliklərin və strukturların” Şuşada yerləşdirilməsinin əhəmiyyəti böyükdür. Belə ki, bu şəhərin “sonrakı inkişafı” üçün mühüm amildir. Saakyan bu köçürmələrin Şuşadakı tarixi obyektlərin qorunub saxlanmasına da təsir göstərəcəyini deyib. Məlumata görə, yaxın illərdə Şuşaya qondarma “DQR”in digər strukturları, o cümlədən “məhkəmə strukturları” köçürüləcək, şəhərdə universitet açılacaq.
Qeyd edək ki, Ermənistan və dünya erməniliyi Şuşa ilə bağlı sözügedən siyasətlərini bir neçə ildir başladıb. Bu siyasətin əsas istiqaməti Şuşada xaricdəki erməni diasporunun təşkilatçılığı və dəstəyi ilə “beynəlxalq mədəniyyət tədbirləri” təşkil etmək, habelə xarici ölkələrdən qanunsuz yollarla turist cəlb edərək Şuşanın “erməni mədəniyyət mərkəzi olduğu” barədə təbliğat aparmaqdır. Belə ki, ötən ildən dünya erməniliyi Şuşanın “erməni mədəniyyət mərkəzi” imicini formalaşdırmaq üçün şəhərdə ilk “beynəlxalq” müasir incəsənət festivalı təşkil etməyə başlayıblar. Ermənistan, ABŞ, Fransa, İtaliya və digər ölkələrdən gətirilmiş nümayəndələrin iştirakı ilə keçirilən festivalın təşəbbüsü ABŞ-ın Los-Angeles şəhərində yaradılan “Şuşa Art Projekt” birliyidir. Birinci festival ötən ilin oktyabrında keçirilib. Bu ilin oktyabrında ermənilər Şuşada “ikinci beynəlxalq müasir incəsənət festivalı”nı təşkil ediblər.
“Şuşa Art Projekt” birliyinin icraçı direktoru, ABŞ-dan olan erməni rəssam Harri Vorperyan Şuşada bu cür festivalın keçirilməsi ideyasının onun ağlına ilk dəfə 2010-cu ildə Los-Ancelesdə təşkil olunan fərdi sərgisi zamanı gəldiyini deyir: “O zaman biz öz həmkarlarımızla razılaşdıq ki, Dağlıq Qarabağda, məhz Şuşada belə festival təşkil edək. Çünki Şuşa vaxtilə erməni mədəniyyət mərkəzi olub”.
Həmin ilin iyulunda ermənilər Şuşada “beynəlxalq heykəltəraşlıq simpoziumu” da keçiriblər. Bu simpozium “əslən Şuşadan olan” erməni heykəltəraşı Akop Gürcanın 130 illiyinə həsr olunub. Tədbirin təşkilatçısı İtaliyada yaşayan erməni heykəltəraşı Vigen Avetis olub. Simpoziumu Amerika və Avropadakı erməni diasporu maliyyələşdirib, bu tədbir barədə film də çəkilib və ermənilər onu xarici ölkələrdə nümayiş etdirib Şuşanın “erməni mədəniyyət mərkəzi” obrazını formalaşdırmaq üçün istifadə etməyə hazırlaşırlar. Bu il sentyabrın 16-da isə Azərbaycan incəsənətinin beşiyi olan şəhərdə erməni işğalçıları tərəfindən “Şuşa-erməni mədəniyyətinin beşiyi” adlı “beynəlxalq konfrans” keçirilmişdi. “Armenpress” agentliyinin yaydığı xəbərə görə, konfrans “erməni kitab naşirliyinin 500 illiyinə” həsr edilib. Konfransda Ermənistan, Rusiya, ABŞ universitetlərinin professorlarının iştirak edəcəyi, Şuşanın etnoqrafik, mədəni, arxeoloji həyatına dair məruzələrin dinlənildiyi bildirilir. “Şuşada nəşr tarixi” adlı film də nümayiş olunub. Təşkilatçılar qondarma “DQR”in “mədəniyyət nazirliyi”, Xankəndi universiteti və Şuşadakı “Qacar” elmi mərkəzidir.
Şuşanı “erməni mədəniyyət mərkəzi” kimi tanıtmaq siyasətini davam etdirən ermənilər bugünlərdə şəhərdə “ikinci beynəlxalq müasir incəsənət festivalı”nı yekunlaşdırıblar. Erməni mənbələrinin xəbərlərinə görə, təşkilatçılar tədbirin effektivliyindən o dərəcədə razı qalıblar ki, Şuşada ildə iki dəfə belə festival keçirməyi qərara alıblar. “Konfransda” ABŞ, Avropa ölkələri və digər yerlərdən 20-yədək erməni mənşəli mədəniyyətşünas iştirak edib. Təşkilatçılar deyirlər ki, Şuşada istənilən bu cür mədəniyyət festivallarının və digər mədəni tədbirlərin təşkil olunması “Azərbaycanın hələ də davam edən blokadası ilə bağlı vakuumu yarmağa” imkan verəcək.
Ermənilərin Şuşanı hərbi yolla işğal etdikdən sonra şəhərə qarşı başlatdıqları mədəni işğalçılıq əməliyyatı Azərbaycan elmi-mədəni çevrələri tərəfindən sükutla qarşılanmaqdadır. Hansı ki, Bakıda Şuşa ilə bağlı beynəlxalq konfrans çağırıb dünya ermənilərinin bu şəhərin tarixini, mədəniyyətini, incəsənətini necə saxtalaşdırdığı, oradakı tarix-mədəniyyət abidələrini məhv etdiklərini, salamat qalanlarını öz adlarına saxtalaşdırdıqlarını real faktlarla dünyaya çatdıra bilərdi. Bu istiqamətdə şübhəsiz ki, digər tədbirlər də keçirilə bilər və ya çoxdan keçirilməli idi. Söhbət beynəlxalq auditoriyaya hesablanmış, pafos üzərində deyil, real faktlara və peşəkar üsluba əsaslanan təbliğatdan gedir. Belə tutarlı təbliğatı aparmaq üçün Azərbaycanın əlində ermənilərin Şuşada törətdikləri vandalizmə dair çoxsaylı dəlillər var. Təkcə onu qeyd etmək kifayətdir ki, Şuşanı Azərbaycanın qədim şəhərlərindən birini işğal edib özlərini “incəsənətə dəyər verənlər” kimi göstərmək istəyən ermənilər vaxtilə bu şəhəri işğal edərkən dünyada nadir rast gəlinən vandalizm nümunələrindən birinə imza atıblar. Erməni işğalçıları Şuşada dahi bəstəkar Üzeyir Hacıbəyovun, Bülbülün və xan qızı Natəvanın büstlərini güllələyiblər və qismən dağıdıblar. Azərbaycan bu güllələnmiş heykəlləri sonradan beynəlxalq təşkilatların köməyi ilə ermənilərdən ala bilib və Bakıya gətirib. Hazırda bu heykəllər Bakıda Dövlət İncəsənət Muzeyinin həyətində saxlanılır. Ermənilər Şuşanı işğal edərkən minlərlə incəsənət nümunəsini məhv edib, güllələnmiş heykəllər isə erməni vandalizminin və onun mədəni irsə münasibətinin ən bariz nümunəsi kimi qalır.
Fərhad MƏMMƏDOV

Bu xəbər oxucular tərəfindən 1330 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |