Şrift:
İrəc Hərirçi: “İranda koronavirusla bağlı ölüm halları 1 ilə qədər davam edəcək”
19.06.2020 [10:23] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Hərirçi deyib ki, hazırda İranın 10 əyalətində “Covid-19” infeksiyasının yayılması artan templə davam edir: “Həmin əyalətlərdə koronavirusun puk nöqtəsinə çatması isə vətəndaşların gigiyena qaydalarına riayət etməməsi, toy və yaz mərasimlərini keçirməsi ilə əlaqədardır.



Vəziyyət belə davam edərsə, ölkədə koronavirusla bağlı ölüm hallarının ən azı 1 ilə qədər davam edəcəyi pronozlaşdırılır” -deyə, İran səhiyyə nazirinin müavini İrəc Hərirçi bildirib.



İran rəsmilərinin bildirdiyinə görə, hazırda İranın Buşehr, Xuzistan, Şərqi Azərbaycan, Kirmanşah və Hormozqan əyalətlərində vəziyyət böhranlıdır və həmin əyalətlər pandemiya yoluxucu xəstəliyinin sürətlə yayılması baxımdan qırmızı vəziyyətdədirlər.
Bu xəbər oxucular tərəfindən 367 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed