19.06.2020 [10:25] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Zəncan əyalətinin yol polisinin rəis müavini Məhəmməd Əli Əzimi mediaya açıqlamasında deyib ki, hadisə bu gün sübh saatlarında Zəncan-Qəzvin magistral yolunda baş verib.
Polis rəsmisinin bildirdiyinə görə, yüksək sürətlə hərəkət edən “Prayd” markalı minik avtomobili sürücünün yorğun və yuxusuz olması səbəbilə yoldan çıxaraq aşıb.
Bildirilir ki, avtomobilin ətraf maneələrlə toqquşması nəticəsində qabaq oturacaqla əyləşmiş və kəmərini bağlamamış gənc ana qucağındakı 9 aylıq körpəsi ilə birlikdə çölə çırpılıb. Hadisə nəticəsində körpə uşaq yerindəcə keçinib, anası isə xəstəxanaya çatdırıldıqdan sonra həyatını itirib.
Yol-nəqliyyat qəzası nəticəsində avtomobilin sürücüsü və daha bir sərnişini ağır yaralanaraq xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, hər il İranın müxtəlif şəhər və bölgələrində baş verən çoxsaylı yol qəzalarında ən azı 28 min nəfər həyatını itirir, minlərlə insan isə müxtəlif dərəcəli bədən xəsarəti alır.

Bu xəbər oxucular tərəfindən 382 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |