19.06.2020 [10:28] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
O, bu sözləri "Sepah"ın nəzarətində olan media qurumlarından biri- "islam döyüşçüləri heyəti" adlı sayta Qasım Süleymani ilə bağlı xatirələrini danışarkən deyib.
Pilot bildirib ki, 2013-ci ilin iyun ayında baş tutan həmin uçuşda 200 nəfər sərnişinlə Dəməşqə uçan təyyarədə həmin 7 ton qadağan edilmiş yük yerləşdirilib və Qasım Süleymani də pilot kabinəsində oturub.
Əmir Əsədullahinin sözlərinə görə, İraq səmasından keçən zaman ona təyyarəyə yoxlamalar aparmaq üçün "amerikalıların nəzarətində olan" Bağdad hava limanına enməklə bağlı göstəriş verilir. O iddia edir ki, həmin vaxt Qasım Süleymani uçuş mühəndisinin geyimini geyinir və amerikalılar onu aşkar edə bilmirlər.
Pilot həmçinin qeyd edib ki, təyyarədə təftiş aparan iraqlı hərbçilərə külli miqdarda dollar verib və onlar təftişi dayandırıb.
"Pul çantamı çıxarıb açdım və dollarları onlara göstərdim, bununla da problem aradan qalxdı. Buna görə də Dəməşqə çatanda Qasım Süleymani mənə bildirdi ki, əgər prezident olsaydım, səni şərəf ordeni ilə təltif edərdim", - deyə Əmir Əsədullahi əlavə edib.
Qeyd etmək lazımdır ki, ABŞ dəfələrlə "Mahan Air"in "Sepah"ın göstərişi ilə Əsəd rejiminə silah daşımasına dair məlumatlar yayıb. Bundan başqa, rəsmi Vaşinqton 2011-ci ilin oktyabrında "Mahan Air"ə qarşı sanksiyalar tətbiq edib.
Sərnişin təyyarəsi ilə silah və hərbi ləvazimatlar daşımaq beynəlxalq qanunlara əsasən insan qalxanı hesab edilir və qadağandır.

Bu xəbər oxucular tərəfindən 390 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |