Şrift:
Azərbaycan–Türkiyə Sahibkarlar Forumu keçiriləcək
19.06.2020 [10:54] - Gündəm, Bildiriş
“Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqı və Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) birgə təşkilatçılığı ilə iyun ayında virtual formatda Azərbaycan–Türkiyə Sahibkarlar Forumunun keçirilməsi planlaşdırılır.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) bildirilib ki, forumun məqsədi gənc sahibkarlara, startaplara məlumat mübadiləsi və əməkdaşlıq imkanı yaratmaq, ticarət və biznes əlaqələrinin genişləndirilməsinə dəstək olmaqdır. Tədbirdə Türkiyənin turizm, inşaat, tekstil, ekologiya (yaşıl enerji), qida sənayesi, ictimai iaşə, enerji, multimedia, təhsil, konsaltinq, hüquq, logistika və sair sahələrdə fəaliyyət göstərən 90-dək şirkətinin iştirakı nəzərdə tutulur. Onlayn foruma qatılacaq yerli sahibkarlar biznes əlaqələrini genişləndirmək, Türkiyənin biznes təcrübəsini öyrənmək, bu bazara çıxış imkanları ilə tanış olmaq imkanı əldə edəcəklər.

Tədbirdə, həmçinin biznes sahəsində təcrübəli mütəxəssislərin müxtəlif biznes istiqamətləri üzrə yeniliklər, pandemiya dövründə yaranmış problem və imkanlar, postpandemiya dövründə biznesin inkişaf mərhələləri üzrə fikirləri ilə tanış olmaq mümkündür.

Onlayn forumda iştirak etmək üçün “https://forms.yandex.ru/u/5ee0d2f78f27ef18cc411528/” keçidinə daxil olmaqla qeydiyyatdan keçmək olar. Qeydiyyatdan keçdikdən sonra təşkilatçılar əlaqə yaradacaqlar. Qeydiyyat üçün son tarix iyunun 20-dir. Əlavə məlumat və suallar üçün aşağıdakı vasitələrlə əlaqə saxlamaq olar:

E-poçt: “Office@gswyouth.org”, Telefon: (+994 12) 597 48 86, “WhatsApp”: (+994 50) 971 69 70
Bu xəbər oxucular tərəfindən 641 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed