Şrift:
İranda dolların məzənnəsi 18 min 820 tümənə yüksəlib
19.06.2020 [14:22] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bu il aprel ayının əvvəllərində İranda dolların məzənnəsi 16 min tümən civarında olsa da, 2018 -ci ildə, yəni Amerika Bİrləşmiş Ştatlarının İrana qarşı sanksiyalarından əvvəl 4700 tümən idi.


İran milli valyutasının sürətlə dəyərdən düşməsinin səbəbi isə, Amerikanın İrana qarşı sanksiyalarından başqa, neft qiymətinin və onun ixracının minimuma enməsi, ölkədə inflyasiyanın baş alıb getməsi və İran rejiminin valyuta gəlirlərinin kəskin azalması ilə əlaqələndirilir.


Xatırladaq ki, İran Mərkəzi Bankının sədri Əbdülrza Hemməti ötən həftə mediaya açıqlamasında ölkənin valyuta bazarında vəziyyətin sabit qalacağını və dolların məzənnəsində artıq hər hansı bir artım olmayacağını iddia etmişdi.
Bu xəbər oxucular tərəfindən 423 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed