19.06.2020 [14:24] - Güney Azərbaycan-Təbriz
Bu barədə Qərbi Azərbaycanın səhiyyə xidmətinin rəhbəri və Urmiya Tibb Universitetinin rəisi Cavad Ağazadə məlumat verib.
Onun sözlərinə görə, Urmiyanın Taliqani xəstəxanasından əlavə Xomeyni xəstəxanasının da bir hissəsi koronavirus xəstəliyinin müalicəsi üçün nəzərdə tutulub.
Ağazadə əlavə edib ki, ehtiyac hiss olunduğu təqdirdə başqa xəstəxanaların da müəyyən bölümləri vəziyyəti ağır olan koronavirus xəstələrinin müalicəsi üçün ayrılacaq.
Qərbi Azərbaycan əyalətində 638 nəfər koronavirus şübhəsi ilə xəstəxanalarda müalicə alır.
Ağazadənin verdiyi məlumata əsasən, xəstəxanada müalicə alanlardan 187 nəfərinin koronavirus testi pozitiv çıxıb.
“İnfeksiyaya yoluxanlardan 120 nəfər reanimasiya şöbəsində müalicə olur. Onlardan 40-i ventilyasiya (süni tənəffüs) aparatına bağlıdır,” deyə Ağazadə əlavə edib.
Ağazadə qeyd edib ki, son 24 saatda 138 nəfər koronavirus şübhəsi ilə Qərbi Azərbaycan xəstəxanalarına yerləşdirilib.
Zəncan Tibb Universitetinin rəisi Pərviz Qızılbaş əyalətdə koronavirus infeksiyasına yoluxanların sayının 1358 nəfərə çatdığını bildirib.
Qızılbaşın sözlərinə görə, Zəncanda koronavirusdan ölənlərin sayı 145 nəfərə çatıb. Rəsmi xəstəliyə yoluxanlardan 1103 nəfərinin tam sağaldığını bildirib.
Güney Azərbaycanın Ərdəbil əyalətində də son 24 saatda koronavirusa yoluxan 13 nəfər xəstəxanaya yerləşdirilib. Hazırda əyalətdə xəstəliyə yoluxan 96 nəfər xəstəxanalarda müalicə alır, onlardan 33 nəfəri reanimasiya şöbəsindədir.
Qeyd edək ki, iyunun 11-dən etibarən İranın Səhiyyə Nazirliyinin tətbiq etdiyi qadağadan sonra Güney Azərbaycanın əyalətlərinin səhiyyə xidməti məsulları koronavirusa yoluxanların və bu xəstəlikdən ölənlərin sayı barədə məlumat verməkdən imtina edir.

Bu xəbər oxucular tərəfindən 361 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |